Cəmiyyət Sosial

BİZİM ZƏFƏRİMİZ TARİXDƏ ƏBƏDİ YAŞAYACAQ

Sharing is caring!

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində göstərib ki, Azərbaycan 44 günlük müharibə ərzində düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bu mübarizə azərbaycan xalqının torpaqlarını itirməsi ilə heç vaxt barışmayacağının sübutu idi. Azərbaycan Silahlı Qüvvələri bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə soy qoyuldu. Ərazilər bərpa olunacaq və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır. O insanlar 30 il həsrət içində idilər və bu həsrətə son qoyuldu. Azərbaycan budur, Azərbaycanın gücü və siyasəti budur! Biz bu qələbəyə Azərbaycanın şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sayəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu.
Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı.
44 günlük müharibənin böyük tarixi nəticələrindən biri budur ki, XVIII əsrdən bəri torpaqlarını itirən Azərbaycan dövləti XX əsrin 90-cı illərində itirdiyi torpaqlarını Vətən müharibəsində Ermənistan üzərində böyük şanlı qələbə çalmaqla geri qaytardı, Respublikamızın dövlət sərhədlərini bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Hafiz Cavadov, YAP Cəlilabad rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir