Cəmiyyət

YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ!

Sharing is caring!

Azərbaycan Milli Ordusunun təməli 1918-ci ildə qoyulmuşdur. Milli Ordunun yaradılmasının əsas səbəblərindən biri 1917-1918-ci illərdə ermənilərin Azərbaycan torpaqlarına təcavüzünün güclənməsi idi. Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış və yeni yaranmaqda olan Milli Ordumuz ləğv edilmişdir. Sovetlər birliyi dağıldıqdan sonra isə SSRİ-nin vahid ordusunun əsas varisi Rusiya Federasiyası qalmaqla, Azərbaycan Respublikasının həmin vaxt faktiki olaraq Milli Ordusu olmamışdır.
Lakin illər keçməsinə baxmayaraq erməni işğalçıları axır ki, öz cəzalarına çatmış və Azərbaycanın Milli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman savaşla Qarabağ müharibəsində tarixi zəfər qazanaraq 30 illik vətən torpağının həsrətinə, üzücü işğal dövrünə son qoymuşdur. 2020-ci il sentyabrın 27-dən Ermənistanın növbəti təxribatı və hərbi təcavüzü ilə başlayan və 44 gün davam edən savaş zamanı Müzəffər Ordumuzun davamlı hərbi qələbələri təcavüzkar Ermənistanın kapitulyasiyası ilə nəticələnmiş və bu kapitulyasiya 2020-ci il noyabr ayının 10-da Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları tarixi bəyanatla rəsmiləşdirilmişdir. İşğalçı Ermənistanın baş nazirini həmin bəyanatı imzalamağa şanlı savaş nəticəsində işğal altında olan rayonlarımızı və Qarabağın tacı sayılan strateji Şuşa şəhərini ildırım sürəti ilə Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salması, Ermənistanın quldur hərbi dəstələrinə sarsıdıcı zərbələr vuraraq onun “yenilməz ordusu”nu darmadağın etməsi məcbur etmişdir.

   Bu müharibə zamanı yerinə yetirilməsi üçün aylarla müddət tələb olunan hərbi-taktiki məsələlərin həllinə Milli Ordumuzun 44 gün ərzində nail ola bilməsi məhz təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulmuş və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilmiş Azərbaycanda ciddi ordu quruculuğu sayəsində mümkün olmuşdur.

      Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya multikultural modelə malik olan bir ölkə kimi tanıda bildi. Qarabağı münaqişə ocağına çevirənlərlə, bu məkanı sülh və əmin-amanlıq bölgəsinə çevrənləri dünyaya göstərdi. Bu da öz növbəsində bölgədəki hərbi-siyasi vəziyyəti dəyişdi.

   Azərbaycanın iqtisadiyyatının güclənməsi, beynəlxalq səviyyədə nüfuzunun artması Qələbəyə gedən yolda ən böyük nailiyyətlərdən biridir. Azərbaycanın beynəlxalq arenada uğurlarının əsası da ümummilli liderin hakimiyyəti dövründə qoyulub. Onun özünün nüfuzu, böyük dövlətçilik təcrübəsi imkan verdi ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirsin. Yəni bu gün mövcud olan beynəlxalq əlaqələrin bünövrəsi həmin dövrdən qoyulub. 2003-cü ildə cənab Prezident İlham Əliyev estafeti qəbul etdi və görülən misilsiz işləri, atılan vacib addımları uğurla davam etdirdi və inkişaf etdirdi. Bugünkü Qələbimiz Prezident İlham Əliyevin, dünya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Orxan Əzimov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir