Cəmiyyət

İcra Başçısının müavinindən Azərbaycan bayrağına və şəhidlərə HÖRMƏTSİZLİK – FOTO

Sharing is caring!

Sonxeber.az daha bir şikayəti işıqlandırır.

Türkan Əlisoy adlı “Facebook” istifadəçisi Oğuz rayon İcra Başçısının müavini Etibar Yusifovun Azərbaycan bayrağına və şəhidlərinə qarşı hörmətsizlik etdiyini bildirib.

Onun sözlərinə görə, Etibar Yusifov şəhidlər xiyabanından ziyarətçilərin şəhidlər üçün gətirdiyi əklil və bayraqları tullatdırıb. Səbəbini soruşanda isə şəhid ailələrinə “Əcəb edirik, kimə istəyirsiniz, şikayət edin”,- deyə cavab verib:

“İnsan nə qədər əqidəsiz, düşüncəsiz, qansız olmalıdır ki, bu cür addım atsın?! O igidlər bu torpaq uğrunda onların ailələrinə hədə-qorxu gəlməyiniz, əmrlər verməyiniz üçün canlarından keçməyiblər!

Şəhid ailələri övladlarına qarşı bu hörmətsizliyi edən şəxs və ya şəxslərin vəzifədən azad olunmasını, yaxud da bütün şəhid ailələrindən və dövlət atributlarına qarşı etdiyi hörmətsizliyə görə ölkə başçısından və xalqımızdan üzr istəmələrini tələb edirik!”

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İcra Başçısının müavinindən Azərbaycan bayrağına və şəhidlərə HÖRMƏTSİZLİK - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir