Cəmiyyət

BURA ŞUŞADIR, BURA VƏTƏNDİR

Sharing is caring!

Tarixi Azərbaycan şəhəri olan Şuşanın bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də etdiyi səfərdən sonra start verilib. Bu, dövlət başçımızın müharibədən sonra Şuşaya ilk səfəri idi və həmin tarix heç də təsadüfən seçilməmişdi. 39 il bundan əvvəl yanvarın 14-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev Şuşaya gələrək Vaqifin məqbərəsinin açılışını edib. Beləliklə, Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya səfərə gəlməsi böyük rəmzi məna daşıyırdı. Dövlətimizin başçısı müharibədən sonra Şuşaya etdiyi ilk səfərində şəhərin, o cümlədən də Vaqifin məqbərəsinin bərpası ilə bağlı Öz göstərişlərini verdi.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bütün səfərləri və bu səfərlər zamanı gördüklərimiz Azərbaycanda bərpa və quruculuq işlərinin qısa müddətdə başa çatdırılacağını deməyə əsas verir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya sayca beşinci səfərləri Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi. Şuşanın baş planının təqdim edilməsi, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların tərkib hissələridir.

   Şuşanın dirçəlişinin növbəti mərhələsi başlandı.  Burada Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını qeyd etdik.

   “Qarabağ” oteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. Bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”.

  Hazırda Şuşada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”.

Elnur Atakişiyev, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir