Cəmiyyət

BİZ ŞUŞADA ƏBƏDİ YAŞAYACAĞIQ

Sharing is caring!

Azərbaycan dövləti tərəfindən Qarabağın dirçəlişi prosesi çox sürətlə həyata keçirilir. Bu faktı Qarabağın incisi, mədəniyyət paytaxtımız Şuşa şəhərinin bərpasının timsalında aydın şəkildə görmək mümkündür. Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər tədbirlər Şuşa şəhərinin qısa müddətdə tam bərpa olunacağını deməyə əsas verir.
Şuşa şəhərinin Azərbaycan xalqının könlündə çox önəmli yeri vardır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Şuşasız Zəfər ola bilməz və Şuşasız Qarabağ mümkün deyil. Demək olar ki, Şuşa zəfəri müharibənin taleyini həll etdi: “Dövlətimizin başçısının Şuşaya ilk səfəri zamanı qeyd etdiyi kimi, ən qısa zamanda biz bu şəhəri cənnət məkana çevirəcəyik”.
Hər bir azərbaycanlı üçün Şuşa mədəniyyətimizin və tariximizin rəmzidir. Lakin 1992-ci ilin mayında, Qarabağ müharibəsinin qızğın vaxtında erməni işğalçı qüvvələri Şuşanı işğal etdi və şəhəri vəhşicəsinə dağıtdılar, hətta çox qiymətli tarixi və memarlıq abidələrini belə məhv etdilər. Yalnız 30 ilə yaxın müddətdən sonra şəhər işğaldan azad edildi və bu gün tədricən həyata qayıtmağa başlayıb.
İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır.

   Dövlətimizin başçısı sözünə davam edərək onu da vurğulayıb ki,   “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, Biz azad Şuşada yığışmışıq.  Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir.  Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik. Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.
  Azərbaycan Prezidentinin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşanın yenidənqurması üçün planlaşdırma və layihələndirmə işlərinə başlayıb. Bu işlər çərçivəsində birvaxtlar qala divarı üzərində mövcud olmuş, lakin işğal zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən sökülən məşhur “Şuşa” yazısı bərpa edilib və bu gün yenidən şəhərin bütün qonaqlarını qarşılayır.

Elnarə Camalova, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir