Cəmiyyət

XALQIMIZ MİLLƏTLƏRARASI BİRGƏYAŞAYIŞA NÜMUNƏDİR

Sharing is caring!

Dövlətimizin başçısının bu günlərdə Abşerondakı görüşləri şəhid ailələrinə və qazilərə yüksək qayğının növbəti təzahürüdür. Prezident demişdir ki, görülən tədbirlər bundan sonra da intensiv surətdə davam etdiriləcək, minlərlə qazi hər il müntəzəm müalicə alaraq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibədə bədən üzvlərini itirmiş insanların hər biri müasir protezlərlə təmin olunacaq. Bunlar dünya miqasında analoqu olmayan tədbirlərdir, dünyanın ən qabaqcıl mövqedə duran humanitar təşkilatları bunları qiymətləndirməyə bilməzlər.
Yəqin ki, erməni terrorçularının dinc sakinlərimizə qarşı törətdikləri amansız qətliamlar barədə də məlumatı bütün beynəlxalq ictimaiyyət açıq-aydın müşahidə edir. Bunu heç vəchlə gizlətmək mümkün deyil. Erməni təcavüzkar dəstələrinin döyüş bölgəsindən uzaqda olan ərazilərə, dinc insanların üstünə bombalar yağdırması bu münaqişəyə Rusiyanı və Türkiyəni cəlb edib, Qafqazda yanğın yaratmaq idi. Bu da təbii ki, zəifliyin ilk əlamətidir. Azərbaycan bu təfriqənin qarşısında möhkəm dayandı, çünki bizim rəhbərimiz həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Dövlətimiz danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunu göstəricisi sayıla bilər. Ancaq nəticədə ortaya çıxan reallıq ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupu problemi həll edə bilməyib. Eyni zamanda onların “problemin hərbi yolla həlli yoxdur” tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər sülh yolu ilə həll edilməməsi əslində elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki belə imkanlar olub.
Diqqət çəkən mühüm tezislərdən biri budur ki, Azərbaycanla Ermənistan arasındakı fərq göz qabağındadır. Azərbaycan birmənalı olaraq şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovşağı, sivilizasiyalararası dialoqun əvəzolunmaz məkanı kimi tanınır. Ölkəmizdə saysız-hesabsız beynəlxalq tədbirlərin, dünya səviyyəli humanitar forumların, idman yarışlarının keçirilməsi məhz tolerantlığımızın və qonaqpərvərliyimizin yaratdığı imkanlar hesabına mümkün olmuşdur. Azərbaycanda mövcud olan tolerantlıq, birgəyaşayış və millətlərarası anlaşma dünyaya nümunədir.
Hafiz Cavadov, YAP Cəlilabad rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir