Cəmiyyət

RƏSMİ İRƏVAN ÖZ CİNAYƏTLƏRİNƏ GÖRƏ CAVAB VERƏCƏK

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarında səfərdə olarkən Ermənistan və onun havadarlarına çox ciddi ismarıclar verdi. Prezidentin çıxışında İlham Əliyevin ermənilərin işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz talan etdiklərini vurğuladığı qeyd olunub. Dövlətimizin başçısının bu işlərdə ermənilərə yardım edən bəzi xarici şirkətlərin ya Azərbaycana təzminat ödəyəcəkləri, ya da beynəlxalq məhkəmədə cavab verməli olacaqları barədə fikri xüsusi vurğulanıb.
Azərbaycan ərazisində hərbi əməliyyatların səbəbkarı kimi Ermənistan dəymiş zərərə görə məsuliyyətə cəlb ediləcək. Erməni vandalizmi təkcə regionun tarixi-mədəni irsinə deyil, həm də ekoloji mühitinə təsir göstərib. Bu baxımdan, Azərbaycan məsələni həll etmək üçün bütün hüquqi mexanizmlərə malikdir. Erməni radikalları hələ də hesab edirlər ki, keçmişə qayıtmaq mümkündür, amma artıq bu, mümkün deyil. Prezident İlham Əliyev hər şey edir ki, Qarabağa həyat qayıtsın, region minalardan təmizlənsin, insanlar öz doğma yurd-yuvalarına qayıtsınlar. Yeni layihələrin əsası qoyulur, yeni kommunikasiyalar qurulur, infrastruktur layihələri uğurla həyata keçirilir. Bu, keçmişə qayıtmağın mümkün olmadığı ilə bağlı təkcə Ermənistana deyil, bütün beynəlxalq ictimaiyyətə xəbərdarlıqdır, əgər ermənilər təxribatları davam etdirsələr, layiqli cavablarını alacaqlar. Zərərin ödənilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən tənzimlənən mexanizm və modellər, təzminat anlayışı mövcuddur.
Azərbaycanın dövlət başçısı artıq məhkəmə prosedurlarının başladığını qeyd edib: “Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.
Bütün gələcək addımlarımızı tam və normalara uyğun qaydada işləyib hazırlamaq və müharibə səbəbkarını məsuliyyətə cəlb etmək üçün kifayət qədər fiziki və hüquqi qüvvəyə, həmçinin hüquqi mexanizmlərə malikik. Çox şey rəsmi İrəvanın özünü necə apacağından asılıdır. Hələlik o, heç cür xarici havadarlarından azad ola bilmir. Ermənistan faktiki olaraq, öz subyektivliyini itirərək coğrafi kateqoriyaya çevrilib. Onlar mehriban qonşuluq siyasətinə gələ biləcəklərini bütün qonşularına sübut etməlidirlər.
Ruslan Əliyev, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir