Cəmiyyət

HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR REGİONUN TƏRƏQQİSİNƏ XİDMƏT EDİR

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdəki çıxışında qələbəni təmin edən amillərdən danışarkən Azərbaycan xalqının bu Qələbəyə olan inamını qeyd etməsi təsadüfi deyil. Tarix boyu özünün ən pik nöqtəsinə çatan, bütün xalqlara nümunə olacaq xalq-dövlət-ordu birliyi nəticəsində Azərbaycan əsgəri müharibənin ilk günündən bir neçə kəndi azad etməklə xalqın qələbəyə olan ruhunu yüksəltdi. Əldə olunan qələbə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı xalqımızın gələcək nəsillər qarşısında öz borcunun şərəflə yerinə yetirilməsi idi.

  Vətən müharibəsi dövründə xalqımız bir yumruq olaraq Ali Baş Komandanın ətrafında birləşdi bütün dünyaya müzəffər ordumuzla, əbədi qürur hisslərinə sahib olduq, dünyanın bir çox güclü dövlətlərinin havadarlıq etdiyi Ermənistanı darmadağın edərək diz çökdürdük. Bu uğurlar ölkəmizin hərbi gücünü nümayiş etdirdi. Silahlı Qüvvələrimiz dünyanı heyrətləndirəcək qədər peşəkarlıq nümayiş etdirərək alınması. keçilməsi mümkünsüz sayılan düşmən istehkamlarını yardılar.

   Torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin başa çatması xalqımız, dövlətimiz qarşısında yeni layihələrin həyata keçirlməsini zəruri etdi. Azərbaycanın daim artan iqtisadi gücü nəticəsində işğaldan azad edilmiş torpaqlarda infrastruktur layihələrin, nəqliyyat mexanizminin bərpası, yolların müasir standartlara uyğun çəkilməsi və eyni zamanda ərazilərin minalardan təmizlənməsi işlərinin sürətlə aparılmasına imkan verir.

  Kəlbəcər və Laçın rayonlarında Prezident Su elektrik stansiyasının tikintisi ilə tanış oldu, ən önəmlisi – Laçın rayonunda ilk Beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu.700 kilometr uzunluğunda yolların çəkilişi prosesində qışa qədər işin təqribən 80 faizi görüləcək. Heç kəsə sirr deyil ki, bu, bizə imkan verəcək ki, hərbi baxımdan bu bölgələrdə daha da möhkəmlənək. Ayrıca, ali dövlət rəhbərliyinin Kəlbəcər və Laçın ərazisində arıçılıqla, heyvandarlıqla məşğul olan sakinlərlə görüşməsi, onlara xeyir-dua, ürək-dirək verməsi səfərin yaddaqalan gözəl, səmimi məqamlarından oldu.    

Eldar Muradlı, ADPU Cəlilabad filialının kafedra müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir