Cəmiyyət

BİZ LƏYAQƏTLİ MÜHARİBƏ APARMIŞIQ

Sharing is caring!

Prezidenti İlham Əliyev “CNN Türk” kanalına verdiyi müsahibədə demişdir ki, Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Lakin bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Axı erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib. Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində ermənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən “lider” seçiblər. Bu da o deməkdir ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum olduqlarını anlayırlar. Ancaq təəssüf ki, yenə də kimlərsə onları yeni avantüraya sürükləmək istəyir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən, Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Biz əminik ki, əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən ən müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti də belə olacaq. Əgər belə təxribatlar davam edəcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görəcək və belə tədbirlər artıq görülür. Növbəti mesaj da çox konkret idi. Hər şeydən əvvəl sülhməramlı missiyanın səlahiyyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisindən çıxarılması ilə bağlı idi. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Yenə də xatırladırıq: Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə aparmışıq və hərbi cinayətə yol verməmişik. Biz həmin dərsi yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.

Ağaxan Ağayev, Cəlilabad rayon RTŞ müdir əvəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir