Cəmiyyət

BÖLGƏDƏ DAVAMLI SÜLH TƏMİN OLUNMALIDIR

Sharing is caring!

BÖLGƏDƏ DAVAMLI SÜLH TƏMİN OLUNMALIDIR Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha Ermənistan-Azərbaycan münaqişəsinə dair Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalamasının zəruriliyini vurğuladı. Bölgədə sülh yalnız Azərbaycan Prezidentinin ortaya qoyduğu konsepsiya əsasında mümkündür: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Dövlət başçısının da vurğuladığı kimi, əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə uzunmüddətli sülh gələcək. Ali Baş Komandan vurğuladı ki, bizə yeni müharibə lazım deyil. Odur ki, məramı sülh yaratmaq, sülhü təmin və dayanıqlı etmək olan Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların 25 min nəfərdən azdır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq. Bununla Prezident İlham Əliyev bir daha qalib Sərkərdə və qalib Azərbaycanın rəhbəri kimi cəsarətli, qətiyyətli mövqeyini nümayiş etdirdi və bildirdi ki, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq. Biz həmişə mövqeyimizi açıq bildirmişik və demişik, hər zaman da sözümüzün üstündə durmuşuq. İndi növbə, seçim yenə qarşı tərəfin, Ermənistanın və onun havadarlarınındır. Ağıllarını başlarına cəm edib, onları verilən növbəti tarixi fürsət və şansı dəyərləndirmək, düzgün qərar qəbul və doğru seçim etmək, artıq onların öhdəsinə düşür. Prezident, Ali Baş Komandan deyib ki, “Biz istəyirik, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar.Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir” deyərək bir daha hər kəsə açıq və birmənalı şəkildə bəyan etdi ki, müharibə artıq başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır.

Amid Ağahüseynov, ADPU Cəlilabad filialının direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir