Cəmiyyət

İqtisadçı Ekspert: Gömrük tarifləri endirilməli, İqtisadiyyat Nazirliyi bazar qiymətlərinə müdaxilə etməlidir

Sharing is caring!

İqtisadçı Ekspert Günay Hüseynova XəbərAl.az saytına özəl müsahibəsində qeyd edib ki, istehlak və zəruri malların qiyməti idxalatçı ölkə ilə müqayisədə dəfələrlə çoxdur.


XəbərAl.az xəbər verir ki, ekspertin sözlərinə görə, pandemiya və məhdudiyyətlərdən dolayı əhalinin gəlirləri azalıb, işsizlik sayı artıb. Bu kimi səbəblərdən dolayı ya Gömrük tarifləri endirilməli idi və ya İqtisadiyyat Nazirliyi bazar qiymətlərinə müdaxilə etməli idi. 2021 ci ilin Yanvar-İyun ayları arasında 39 milyard 915 milyon manatlıq Ümumi Daxili Məhsul İstehsal olunub. Bir öncəki ilə nisbətən 2,2% həcmində artım var. Qeyri Neft sektorunda 5.1 % artım olsada ,Neft sektorunda 4.7% azalma müşahidə edilmişdir. Məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın inkişafına təkan versə də, artan qiymətlər əhalinin tələbatının ödənilməsində məhdudiyyət yaradır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir