Cəmiyyət

AZƏRBAYCANIN YÜKSƏLİŞİNƏ VƏ İNKİŞAFINA

Sharing is caring!

XİDMƏT EDƏN SİYASƏT . Ələt Azad İqtisadi Zonasının istismara verilməsi ilə bölgədə formalaşan yeni geosiyasi və regional iqtisadi çağırışlar konteksində sözsüz ki, Azərbaycan məhsullarının satış bazarları üçün imkanlar xeyli dərəcədə artmış olacaq. Bununla yanaşı ölkədə həyata keçirilən iqtisadi idarəetmə siyasətinin investisiyaların artımına istiqamətlənməsi şəraitində ölkədə daha çox mühüm texnoloji məhsulların istehsalı mümkün olacaq. Bu, Azərbaycan üçün rəqabət qabiliyyətli iqtisadiyyatın, qeyri-xammal sektorunun inkişafına yönələn iqtisadiyyatın qurulması üçün mühüm imkanlar yaradacaq. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər, yəni daha çox pul qazanmaq istəyirlər. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Təməli qoyulan layihələrin, aparılan tikinti işlərinin müasir standartları əhatə etməsi və ən son texnologiyalara əsaslanması onu göstərir ki, 30 il işğalda qalan torpaqlarımız da ölkəmizin ən müasir yaşayış məskənlərinə çevriləcək. İşğaldan azad edilmiş torpaqlardakı böyük infrastruktur layihələr böyük investisiyalar tələb edir. Azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, Azərbaycana xaricdən vəsait gətirməkdir. Məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər. Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Gözlənilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslər, bütün planlar həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirilən layihələr uğurla başa çatıb. Ona görə, bu zonanın yaradılması Azərbaycanın uğurunun növbəti addımı olacaqdır. Dövlət sərmayəsinin artıq öz rolunu oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”. Prezident əmin olduğunu bildirib ki, bir ildən sonra burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. “Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Ölkəmizdə çox gözəl investisiya iqlimi var ki, bu da Azərbaycana kifayət qədər böyük sərmayələrin cəlb ediləcəyini proqnozlaşdırmağa imkan verir. Bu gün iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir və Dünya Bankının hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu sahədə qazanılmış uğurlar investorlarda böyük maraq yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimul verir. Ən mühüm faktlardan biri - ölkəmizdəki təhlükəsiz mühit xarici investorların cəlb edilməsi üçün əsas məqamlardan biridir. Azərbaycanın nəinki regionun, həmçinin dünyanın ən güclü ölkələrindən biri olması, habelə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ölkəmizin həm də qüdrətinin göstəricisidir.

Kadr potensialımız qlobal layihələrdə iştirakımıza imkan yaradır. Son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək. Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

Vüsal Kazımov, YAP Cəlilabad rayon təşkilatı Gənclər birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir