Cəmiyyət

Əlizadə Jalə: Var olsun Ali Baş Komandan! Yaşasın şanlı Azərbaycan ordusu

Sharing is caring!

Təməli sağlam Ordu, Şanlı Qələbə
Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycanın Silahlı Qüvvələridir. Azərbaycanın dövlət müstəqilliyin ən dəyərli
nəticələrindən biri Azəarbaycanın milli ordusunun yaranması,təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır.

“Heydər Əliyev”

90-cı illərin əvvəllərində ,Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər olan dövrə,yəni 1993-cü ilin ortalarına kimi ordu qurculuğu kortəbii şəkildə,dövlət nəzarəti və bilavasitə dövlət rəhbərliyi olmadan getmişdi.Bunun obyektiv səbəbi ilk növbədə,həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlətçilik təcrübəsi,idarəçilik bacarığının olmaması idi.Elə bir vəziyyət yaranmaşdı ki, Azərbaycan ordusu təpədən-dırnağadək silahlanmış xarici havadarların ağır texnikası və təlimlər görmüş canlı qüvvəsi ilə komplektləşdirilmiş Ermənistan silahlı birləşmələrinin təcavüzlərinin qarşısını almaq əvəzinə,daha çox siyasi məqsədlərə cəb edilmiş,hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi.

Yeni yaradılmış ayrı-ayrı hərbi hissələr ,könüllü ərazi müdafiə taborları bu və ya digər siyasi qüvvələrin təsiri altında onlara xidmət edirdilər.Vətəni, torpağı qoruyanlardan daha çox cagüdənlər,dəyənək gəzdirənlər özlərini general elan edənlər var idi.Hətta is o yerə çatmışdı ki, bu siyasi qüvvələr və “ millət qəhrəmanları” hərbi hissələr yaratmaqda bir-birləri ilə bəhsə girirdilər.Çoxdan döyüş əməliyyatlarına hazırlanan erməni daşnaqları isə fürsətdən istifadə edib özlərinin işğalçılıq siyasətini həyata keçiridilər.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qətiyyətli qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı . Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında cinayətkarlığa , Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirmməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacğının təsbit olunması,çağrış və səfərbərlik işinin .əraitin tələblərinə uyğun qurulması,fərarilərə ,hərbi xidmətdən yayınanlara qarşı ciddi tədbirlər tətbiq olunması istiqamətində atılan qəti addımlar Milli Ordunun döyüç hazırlığının yüksəlməsinə səbəb oldu.Bütün bunlar 1993-cü lin noyabrından əsl ordu quruculuğunun başlanmasına səbəb oldu.

Ölkə Prezidenti Ali Baş Komandanın ən qaynar cəbhə bölgələrinə getməsi,döyüş səngərlərində olması,orada əsgər və zabitlərlə şəxsən görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması döyüşçülərin mənəvi-psixoloji ruh yüksəkliyinə səbəb olurdu.Həmin günlərdə Azərbaycan əsgəri üzərində “ Vətən uğrunda,Heydər Əliyev uğrunda” sözləri yazılmış tanklarla , digər döyüş texnikaları ilə müqəddəs savaşa atılmışdı. Beyləqan və Füzuli uğrunda dğyüşlər və Tərtərin müdafiəsi br daha sübut etdi ki, ordu yalnız vahid komandanlıq və təcrübəli komandirlər tərəfindən idarə olunarsa ,əsgər dövlətin qayğısını, xalqın , millətin köməyini , yardımınını hiss edərsə hec vaxt basılmaz , məğlubedilməz olar.

Qısa müddətdə Azərbaycan Əsgəri onun arxasında dövlətinin və xalqının durduğuna inandı.İnandı ki,Ali Baş Komandan Heydər Əliyev kimi bir sərkərdəsi olan ordu heç vaxt basılmaz. Heydər Əliyev deyirdi: “Ordu xidməti çox böyük fədəkarlıq tələb edir,cəfakeşlik tələb edir.Ölkəmizin hər bir gənci,Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir,orduda xidmət etməlidir.Orduda xidmət edib ,sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur”.

Bu gün 26 İyun – Silahlı Qüvvələr Günüdür ! Bu səfər bayram daha fərqlidir.
Bu il bayramdan Xarıbülbün qoxusu gəlir.Qələbə sevinci ilə bayram sevinci bir brinə qarışıb. Əziz hərbiçilərimiz bayramınzı təbrik edirik!

Bu gün Azərabaycan Respublikası dövlətçilik ənənlərini atasından miras götürən , Ulu Öndərimizin layiqli davamçısı, özü qədər inandığı şəxs, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən idarə olunur.

“ 44 günlük müharibə” –ni,və qələbə Şanlı tariximizin səhvələrinə Ali Baş Komandanım İlham Əliyevin öndərliyi ilə yazıldı.Bəli,bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Və bütün dünya Azərbaycan Ordusunun gücünü ,haqlı qələbənin reallaşmağının şahidi oldu.İlham Əliyev artıq sadəcə Müzəffər Ali Baş Komandan deyil həmçinin ata vəsiyyətini yeinə yetirən layiqli bir övladdır.

Doğma Qarabağımıza qayıdırıq! Yurd həsrəti bitdi! Qarabağ öz əzəli və əbədii sakinlərinə qovuşur!
Mən Əlizadə Jalə müharibədən ən çox ziyan görmüş Qəhrəman Tərtər rayonun sakiniyəm .Həmçinin Tərtər rayon Heydər Əliyev Mərkəzinin bələdçisi vəzifəsində çalışıram .Həm ixtisaımın tarix olması, həm vəzifəmə görə bu gün yetişməkdə olan gənc nəslin bu qələbənin təsadüfi olmadığını ,Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sağlam təmələ əsalndığını bildirməyi vətəndaşlıq borcu hesab edirəm.

Bizə bu sevincli qələbə günlərini yaşatdığına görə Şanlı Ordumuza və Müzəffər Ali Baş Komandanımıza bir Azərbaycan vətəndaşı,bir gənc olaraq dərin təşəkkürümü bildiriəm.Vətən ,torpaq uğunda canlarından keçən,Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza Uca Tanrıdan rəhmət,qazilərimizə şəda diləyirəm!

Yaşasın Azəarbaycan xalqı!Var olsun Ali Baş Komandan! Var olsun Şanlı Azərbaycan Ordusu!

Tərtər rayon Heydər Əliyev Mərkəzinin Bələdçisi ,
Turan Partiyasının Asenalar Kurulu üzrə Tərtər rayon rəhbəri

Əlizadə JALƏ

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir