Cəmiyyət

Gülnar Rəhimqızı: Milli Qurtuluş günü Azərbaycanın taleyini dəyişən zəfər tarixi!

Sharing is caring!

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Milli qurtuluşdan başlanan yolda əldə edilən uğurlar.

Lider olmaq hər kəslə yola gedə bilməkdir, hər kəsdən biri olub amma öndər ola bilməkdir. Varlığı və yoxluğunda yeri bilinməkdir. Danışacaq qədər zəkaya,susacaq qədər də ağıla sahib olması, atdığı hər addımı ilə iz qoyması, işığı hər kəsə çatandır .
Dahi lider qoyduğun yol fəth etmək üçün bir ata vəsiyyəti, qurtuluş yolu oldu. “Ugura gedən yolun qısası yoxdur”.
Bir millət ,onun fərdlərinin ortaq ümid və qayəsi ilə ayaqda durar. Paylaşılaraq bəslənən, ortaq xəyallar gərçəkləşməyə daim yaxındır. Qurtuluş oyanmaqdır ,oyandıq və bu yol bizi hər birimizin bir zamanlar xəyal etdiyimiz dualarımızda olan Şuşamıza kimi apardı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə .
Və bu gün ata vəsiyyəti gərçəkləşdi .

Qurtuluşdan doğan Böyük Qaydışımız daimi olsun .
Hər birimizin Bayramı Qutlu olsun !

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir