Cəmiyyət

İyunun 1-də “Solver” Təhsil, Psixologiya və Korreksiya Mərkəzinin karantin qaydalarına uyğun olaraq açılışı olub-Foto

Sharing is caring!

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə təsadüf edən açılış mərasimində Mərkəzin təsisçiləri, müəllimlər, ziyalılar, valideynlər və uşaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “EDU Company” Təhsil Şirkətinin və “Solver” Təhsil Psixologiya və Korreksiya mərkəzinin təsisçisi və baş direktoru Samir Əzizov “Solver” barədə ətraflı məlumat verib.

Natiq qeyd edib ki, Mərkəz məktəbəqədər hazırlıq, ibtidai sinif hazırlığı, xarici dil kursları, uşaqlar və böyüklər üçün psixoloji xidmətlər, loqopedik və deffektoloji xidmətlər, manual terapiya, Abituriyentlərə psixoloji yardım, Abituriyentlərə ixtisas seçimində dəstək, və s. əsas fəaliyyət istiqamətlərini özündə ehtiva edir.

Bu Mərkəzin yaranmasında əsas məqsəd xalqımıza yalnız təhsil xidmətləri göstərmək deyil, eyni zamanda hazırda uşaqların, gənclərin, ailələrin yaşadığı psixoloji problemlər, ailə-məişət problemləri, özünəqapanma, ruh düşkünlüyü, depressiya, intihar hallarının qarşısının alınması, uşaqlarda və gənclərdə pis vərdişlərin  aradan qaldırılması, uşaqlarda yaşanan nitq qüsurları və s. kimi gündəmdə olan sosial problemlərin həllində peşəkar komanda ilə xidmət göstərməkdir.  Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Məcidzadə yeni Mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

Anar Məcidzadə vurğulayıb ki, “Solver” mərkəzi qısa müddətdə böyük nailiyyətlərə imza atacaq, sosial problemlərin həllində misilsiz xidmətlər göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının məsul əməkdaşı Şəfa Mövsümov və digərləri də açılışda çıxış edərək, öz xoş arzularını bildiriblər.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir