Cəmiyyət

AĞDAMIN BƏRPASI QALİBİYYƏTİN TƏNTƏNƏSİDİR

Sharing is caring!

Ali Baş Komandan İlham Əliyev mayıın 28-də Ağdam bölgəsinə səfər edib. İctimaiyyətin nümayəndələri, qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. Bu, sözün əsl mənasında qalibiyyətimizin təntənəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış olub.

  Bir daha əyani şəkildə gördük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.

   44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Ağdamın işğaldan azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Ağdamı bütöv halda azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi.

    Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri də qələbənin rəsmiləşdirilməsi deməkdir.

   Prezidentin bu səfəri ilə Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyuldu. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev nəsib etmişdir. Bu xoşbəxtliyi o, bütün Azərbaycan xalqına bəxş etmişdir. O, bizim itmiş inamımızı qaytarmış, . ölməkdə olan ümidlərimizi yenidən dirçəltmiş, insanlaras yeni həyat vermişdir. Belə ki, 28 mart tarixində Ağdam-Şuşa  yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Özü də bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Füzulidən Şuşaya yol çəkilir, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək, uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq, avtomobil körpüləri inşa ediləcək. Bizim hər birimiz azərbaycanlı olaraq bütün bunlardan ötrü ölkə başçısına hədsiz dərəcədə minnətdarıq.
   Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etmişdir. O. yeni ordu qurdu, ordumuzu ən yeni silahlarla silahlandırdı, yeni vətənpərvər gənclər nəsli yetirdi, XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdi. Bu gün hətta dünyanın güc mərkəzləri də İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir. Dövlət başçımız  Ermənistanı təkcə hərb meydanında darmadağın etmədi, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdı, informasiya müharibəsinin yeganə baş qəhrəmanı oldu. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandana, müqəddəs ata vəsiyyətini yerinə yetirən xoşbəxt övlada, Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsınıza eşq olsun!

Oktay Əzizov, Cəlilabad rayonu Göytəpə şəhər sakini, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir