Cəmiyyət

AZƏRBAYCANIN UNİKAL TƏRƏFDAŞLIQ CƏHDLƏRİ DƏSTƏKLƏNİR

Sharing is caring!

Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik yubileyinin qeyd edilməsi beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanıb. Bu, bir daha sübut edir ki, ölkəmiz regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

  Şübhəsizdir ki, bu nüfuz və hörmət boş yerdə yaranmayıb. Bu gün müstəqil Azərbaycanda Cümhuriyyət dəyərlərinə böyük önəm verilir və bunu dünyanın mütərəqqi qüvvələri, siyası elitası yaxşı başa düşür, həm də qəbul edir. Azərbaycan dövləti Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl dövlət başçımızın imzaladığı müvafiq Sərəncama əsasən, Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldı, Cümhuriyyət qurucularının adları əbədiləşdirildi. Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Dövlətimizin başçısı deyib: “Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi qlobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib, hətta mövzu ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə nail olub. Ölkəmiz inkluzivlik, bərabərlik, COVID-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Eyni zamanda, ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyətinin daim diqqət mərkəzində olmasını və təqdir edilməsini şərtləndirib.      
  ABŞ Prezidenti Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik etmişdir. Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir.    
   Həmçinin sevindirici haldır ki, Azərbaycan ilə İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb, azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən öz təsdiqini tapdığını məktubunda ifadə edir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrikində ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.
 Dərin iftixar hissi ilə söyləyirik ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Belə bir qarşılıqlı inam mühitinin bərqərar edilməsi üçün möhtərəm Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Yeganə Rzayeva, Cəlilabad şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir