Cəmiyyət

MİLLİ İFTİXARIMIZIN VƏ QÜRURUMUZUN TƏCƏSSÜMÜ

Sharing is caring!

Prezident İlham Əliyev “Xarı bülbül” festivalındakı möhtəşəm nitqində xalqın iradəsini əks etdirərək söyləyib ki, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu.

   Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.Biz hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik.

  44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü, xüsusən alınmaz qala hesab olunan Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır. “Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olunmuşdur. Həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qaydışının prelüdü də sayıla bilər. Bu parça illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur. Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.
 Prezident bir daha qeyd etmişdir ki, torpaqların bərpası prosesi artıq başlamışdır. “Qarabağ bölgəsində cənnət yaradacağıq” söyləyən Azərbaycan Prezidenti İlham Əliyev işğaldan təmizlənən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Yəni, dövlətimiz xalqla əlbir şəraitdə azad edilmiş rayonlarda tezliklə geniş miqyaslı quruculuq işlərinə başlamalı, münbit torpaqların istifadəsi təmin olunmalıdır. Bunula yanaşı maddi və mənəvi sərvətlərimiz bərpa edilməli, Qarabağın tarixi, mədəniyyəti, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks işlər aparılmalıdır.
   Xalqımız üçün çox əlamətdar olan “Xarı bülbül” festivalı günləri Qarabağa sahiblənməyin növbəti nümayişi idi. Bu, qalibiyyətin, əzmin, cəsarətin növbəti təntənəsi və təcəssümü idi. Bu, düşmənə və onun havadarlarına verilən növbəti mesaj, öldürücü zərbə idi. Deməli, heç bir qüvvə, heç bir güc bizi artıq Qarabağdan ayıra bilməz. Bu, mümkün deyil və prezidentin bəyan etdiyi kimi, mümkün də olmayacaq. Düşmən də, onun havadarları da bunu qulaqlarında sırğa etməlidirlər!

Fatimə Mirzəyeva, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir