Cəmiyyət

“XARI BÜLBÜL” FESTİVALI AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DÜNYADA TANINMASINA TÖHFƏDİR

Sharing is caring!

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır. İişğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada “Xarı bülbül” festivalı Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq.
Prezident qeyd edib ki, illərlə davam etmiş münaqişə öz hərbi-siyasi həllini tapdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini bərpa etmişik. Azərbaycan ordusu kifayət qədər güclüdür, konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təkbaşına həyata keçirib. Bundan sonra da ordumuzu gücləndirir, onu ən müasir silahlarla təchiz edirik. Azərbaycan gənclərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir. Onlar Vətən Müharibəsində böyük şücaət nümayiş etdirmişlər. Bütün Azərbaycan xalqı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün övladlarımız bir yumruq kimi birləşərək düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad ediblər. Bu isə böyük tarixi hadisədir, Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır, dövlətimiz bütün dünyaya öz güecünü, nəyə qabil olduğunu nümayiş etdirmişdir. Prezidentimizin vurğuladığı kimi, Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur.
Təcavüzkar dövlət abidələri yerlə yeksan etmişdir. Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır. Humanitar təşkilatlar, ölkəmizdə yaşayan dini icmaların üzvləri bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa çağırır. Bu, hər bir Azərbaycan vətəndaşının tarix qarşısında vicdani borcudur.
Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Çünki Şuşa Azərbaycan xalqının milli sərvətidir. Beləliklə, 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Qeyd edək ki, bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.
Bəli, indi xalq da öz milli liderini müstəqilliyinin təminatçısı hesab edir, başqa heç kimi tanımır. Odur ki, qalib Ali Baş Komandan İlham Əliyevin səriştəsi sayəsində Azərbaycan xalqı revanşist cəhdlərə heç vaxt imkan verməyəcək, müstəqilliyimizi qoruyacağıq və bu yolda Prezidentimizə daim dəstək verəcək. Biz onun daxili, xarici siyasətini bəyənir və onun ardınca gedirik.

İsa Mərdiyev, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir