Cəmiyyət

AZƏRBAYCANIN REGİONLARI SÜRƏTLƏ İNKİŞAF EDİR

Sharing is caring!

Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları uğurla icra edilib və hazırda da edilir. Bunu biz şəhər, rayon, kənd və qəsəbələrimzin hərtərəfli inkişafının timsalında aydın şəkildə görürük. Yaxın gələcəkdə Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Dövlət aqroparklara həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Bunların fəaliyyətindən ötrü ümumilikdə investisiya qoyuluşu iki milyard manatdan çoxdur.

     Bu işlər özəl sektorla birlikdə görülməlidir. Özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət investisiyalarının rolu əvəzolunmazdır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Bu proqram çərçivəsində, bütün ölkə üzrə böyük işlər görülüb. 

    Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi, dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaratmaq üçündür. Bu sahədə onların ərzaq təminatı ən önəmli rolu oynayır ki, bu da kənd təsərrüfatının, qeyri-neft sektorunun vəziyyətindən asılıdır. Hörmətli Prezidentimizin qayğı və diqqəti, maraqlı təşəbbüsləri sayəsində kəndlərimizi həyatında baş verən müsbət dəyişikliklər bunun bariz göstəriciləridir. Təsdiq olunmuş bütün dövlət proqramları mərhələli şəkildə icra olunur. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Yeni açılan obyektlər rayonların gələcək iqtisadi potensialını yüksək dərəcədə gücləndirəcəkdir.

Əhmədağa Məmmədov, Cəlilabad rayon sakini, sahibkar

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir