Cəmiyyət

Məktəblərin valideyn əvəzinə elektron qeydiyyatdan keçməsi ilə bağlı – Açıqlama

Sharing is caring!

Təhsil Nazirliyi məktəblərin valideynin əvəzinə elektron qaydada qeydiyyatdan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“XəbərAl.az” xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı sualları cavablandırarkən qeyd edib ki, nazirlik birinci sinfə qəbulla bağlı vətəndaşlar tərəfindən daxil edilən sorğuları, onların neçə faizinin fərdi İP tərəfindən aparıldığını izləyir: “Bu proses daha çox vətəndaşın özü tərəfindən həyata keçirilir. Yalnız ucqar kəndlərimizdə internet problemi, İKT cihazları olmadığı halda məktəblərin vətəndaşlara kömək etməsi qəbul ediləndir”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir