Cəmiyyət

ƏN SAVAB VƏ MÜQƏDDƏS VƏZİFƏ

Sharing is caring!

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Bu, ölkəmizdə şəhid ailələri də daxil olmaqla, vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunun göstəricisidir. Dövlətimizin siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Möhtərəm Prezidentimiz Azərbaycan vətəndaşının yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd etmişdir. Xüsusilə şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev siyasi hakimiyyətdə olduğu 17 il ərzindəki digər vədləri kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Müharibədən cəmi beş ay keçib, ancaq çəhid ailələri və müharibə əliləri üçün artıq müsir tələblərə cavab verən yaşayış kompleksi istifadəyə verilib. Cənab Prezident İlham Əliyev tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş Dövlət Proqramlarına əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

    Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bu günə qədər lazımi köməkliklər göstərilib və bundan sonra da götəriləcək: Qazilərə tibbi yardım və reabilitasiya xidməti əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki rablitasiya mərkəzində də göstəriləcək. Bu mərkəzdə minlərlə qazi hər il müalicə alaraq reablitasiyadan keçərək, öz sağlamlıqlarını bərpa edəcəklər. Müharibə dövründə, əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. 300-dən çox qazi bu protezlərlə təmin olunacaq. Ayaqlarını itirən qazilərimizin bir hissəsi bu protezlərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. 

   Biz sadə vətəndaşlar tam əminik ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına nəzər saldıqda aydın şəkildə bəlli olur ki, dövlət şəhid və qazi ailələrini bundan sonra da diqqət mərkəzində saxlayaraq onların hər birinə qayğı göstərəcəkdir. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi şöhrətli siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

İlkin Zeynalov, Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir