Cəmiyyət

AZƏRBAYCAN XALQININ GÜVƏNC YERİ

Sharing is caring!

İyirmi səkkiz il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir.
Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyinin müqəddəratı həll olunanda xalq öz qeyrətli oğlunu köməyə çağırdı. 1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı:
Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqı qarşısında xidmətlərini vurğulayan prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf edib: Çünki ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdır. Sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan məhz onun dövründə ən qabaqcıl respublikaya çevrilmişdir. Onun 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində fəaliyyəti nəticəsində respublikada böyük quruculuq işləri aparılmışdır və Azərbaycan, sözün əsl mənasında, hərtərəfli şəkildə inkişaf edirdi. Ondan sonrakı dövrdə Moskvada yüksək vəzifədə çalışarkən həmişə Azərbaycana böyük diqqət və qayğı göstərmişdir.
Yeni Azərbaycan Partiyası hələ yarandığı vaxtda ölkədə siyasi sistemin yaradılmasına çox böyük töhfə vermişdir. Bu gün Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizdə demokratik cəmiyyətin atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi kimi biri-birindən vacib məsələlər ölkəmizdə öz həllini tapdı. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsində Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir
Partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də bir çox məqamların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında xüsusi olaraq qeyd edid ki, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Azərbaycan indi dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı və son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası 28 illik yolun işığına söykənərək irəliyə doğru inamla addımlayır, qarşıdakı illərdə üzvü olmaqdan qürur duyduğumuz, ölkənin aparıcı siyasi təşkilatını daha möhtəşəm uğurlar gözləyir.
Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP, sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi.

Vüsal Kazımov YAP Cəlilabad Rayon Təşkilatı Gənclər Birliyinin sədri

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir