Cəmiyyət

XALQIMIZ YENİLMƏZ, CƏSUR XALQDIR

Sharing is caring!

Bu tarixi günlərdə hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan, hamımızın sevimli rəhbəri cənab İlham Əliyevin istər işğaldan azad olunmuş rayonlara, istərsə də digər bölgələrə səfərləri, bu səfərlər zamanı söylədiyi parlaq nitqlər vətəndaş olaraq bizləri vəcdə gətirir. Bir daha açıq-aydın görürük ki, haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan hökmən qələbə çalmalı idi. Çünki Prezidentin dediyi kimi, “bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir”.
Doğrudan da belədir, sürüyə dadanan canavarı məhv etməsən, başqa mənfur xülyalara düşər. Artıq bıçaq sümüyə dirənmişdi. Ona görə də hamılıqla hər an döyüşlərə qatılmaqla milli ordumuzun yanında olmağa hazırdıq. Biz Ali Baş Komandanın ətrafınızda sıx birləşərək inandıq ki, milli-mənəvi dəyərlərimiz qorunacaq, neçə illərdən bəri yurd həsrəti ilə yaşayan qaşqın və köçkünlər doğma ocaqlarına qayıdacaqlar. Şiddətli döyüşlərdə əsgərlərimiz nəyə qabil olduqlarını göstərdilər. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizə allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.
Dövlətimizin başçısının bu günlərdə Ramana qəsəbəsindəki görüşləri şəhid ailələrinə və qazilərə yüksək qayğının növbəti təzahürüdür. Prezident demişdir ki, görülən tədbirlər bundan sonra da intensiv surətdə davam etdiriləcək, minlərlə qazi hər il müntəzəm müalicə alaraq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibədə bədən üzvlərini itirmiş insanların hər biri müasir protezlərlə təmin olunacaq. Bunlar dünya miqasında analoqu olmayan tədbirlərdir, dünyanın..

Cəlilabad rayon Fərzili kənd tam orta məktəbinin direktoru Fuad Bəhrəmov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir