Cəmiyyət

Hicab Kimləri Narahat Edir?… Rahid Hüseyn yazır

Sharing is caring!

Bu dəfə ölkə gündəmini çalxalandıran mövzü hicabdır. Ölkə çoxbilənləri yenə mövzu qıtlığından hicabı hədəf seçiblər.
   Mən sizə hicabin dini tərəflərini izah etməyə çalışmayacağam. Ona görə ki, əsrlər boyu bu barədə müxtəlif məlumatların verilməsinə baxmayaraq, cəmiyyətdə bunu dərk etməkdə acizlik göstərənlər yetərincədir.
   Bir neçə gün bundan öncə orta məktəblərin birində xoşagəlməz bir hadisənin baş verdiyi haqqında xəbər yayıldı.. Belə ki, məktək direktoru həmin məktəbdə təhsil alan şagirdə qarşı mənfi bir hərəkət edib. Hicab geyinmiş qızcığazın baş örtüyünü açıb tullayıb. Onun dini əqidəsinə qarşı qəbulolunmaz davranış göstərib.
   Yadınızdadırsa bir müddət əvvəl Gürcüstanda 11 yaşlı qızın ərə verilməsi məsələsində qızların təhsilinin önəmli olması məsələsini qabartdıq. Hər kəs bir ağızdan qızların təhsil almasının vacib olması fikrini irəli sürürdü. Bəs o məktəb direktorunun təhsili yox idimi ? Axı həmin direktor ali təhsil alıb, ona təhsil sahəsində şagirdə qarşı davranış qaydalarını öyrətməyə ehtiyac olmalı deyildi. İstənilən vəziyətdə təhsil ocağında hər hansı bir şagirdin dini əqidəsinin bu şəkildə alçaldılmasına yol vermək olmaz.
   Hüquqi dövlətdə yaşadığımız hər kəsə məlumdur. Ölkədə hər kəsin öz hüququ, dini azadlığı və öz seçimi var. Əgər bu seçim, inanc dövlətimiz, cəmiyyətimiz üçün təhlükə yaratmırsa kimsənin buna qarışmaq haqqı yoxdur. Təəssüflər olsun ki, biz qızların təhsil almasını vacib olduğunu cəmiyyətə çatdırmaq istədiyimiz məqamda təhsilli bir qadının bu şəkildə davranışı heç də təhsilə yaraşmır.
   Mən anlaya bilmirəm ki bu ölkənin hüququ, konstitusiyası yoxdurmu? Yoxsa, qızcığaz hicab bağladığına görə ona verilmiş hüquqlardan məhrum olmalıdırmı? Əvvəla belə bir qanun yoxdur. Hüquqla hərəkət etməyə qalanda isə nəyə görə bizim hüquq müdafiəçilərimiz həmin məktəblərdə güclü yoxlamalar aparmırlar? Orada müxtəlif səbəblərdən pul yığılma hallarını araşdırmırlar? Nə üçün bəzi məktəblərin vahid geyim forması geyinməsinə nəzarət olunmur?
Ötən illərin statistikasına nəzər salsaq, ölkədə neçə-neçə yetkinlik yaşına çatmamış qızların uşaq tələf etmə, ginekoloqa müraciət etmə faktları var. Bu məsələlər, deyəsən, heç kimi narahat etmir. Nəyə görə ailə, qadın və uşaq problemləri ilə məşğul olan orqanlar belə məsələləri gündəmə gətirib bu kimi halların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri görmürlər? Nəyə görə hicab məsələsində başbilənlik edənlər edənlər daha önəmli olan məsələlərin qarşısını almırlar? Nəyə görə onlar o cür halların işıqlandırılmasında ortada görünmürlər? Nəyə görə maarifləndirmə tədbirləri keçirmirlər?
   Məsələ kökdən bulanıb. Əvvəldən bulanıq gəlib.
   Gecə vaxtı paytaxtımız Bakının bəzi yerlərində mavilərin, transların əlindən gəzmək olmur. Bu tip cinsi azlıqların, əxlaqsızların əlindən sosial şəbəkələrin istifadəsi mümkünsüz olub.
   Hanı bu ölkənin təhsil qabaqcılları, başbilənləri? Bəlkə onlar belə halların tərəfdarıdırlar. Niyə hicab onları narahat elədi?
   Cavabsız suallar o qədər çoxdur ki…
   Cavab verə bilməzlər. Ona görə hicabı mövzu etməsinlər.
   Bu gün cəmiyyətimiz əxlaqdan aclıq çəkir. Onu aradan qaldırmaq lazımdır. Düzdür hicab məsələsində istisnalar var. Amma, mavilikdə, translıqda istisnalar yoxdur. Hicaba layiq olmayanlar var. Onlar bir müddət sonra istər-istəməz hicabdan uzaqlaşırlar. Əslində hicab onlardan uzaqlaşır.
   Bu gün özlərini yenilikçi, feminist adlandırıb bu cinsi azlıqları müdafiə edənlər var. Görəsən, bu insanlardan birinin övladı bu cür həyat tərzi keçirsə onlar rahat yaşaya bilərlərmi?  Bəlkə də yaşayacaq…  Hətta, övladını da müdafiə edəcək.
   Biz isə hicabı müzakirə edirik. Biz sözlə bir təhsil işçisinin bu cür davranışı hec bir qanuna uyğun deyil. Məncə, bu məsələylə bağlı nazir Emin Əmrullayev lazımi tədbir görməlidir. Müəllimə tənbehlənib işdən azad olunmalıdır. Çünki, həmin müəllimi ora kimisə təhqir etmək üçün qoymayıblar. Baxaq o məktəbin təhsil səviyyəsinə, ali məktəblərə qəbul sayına, müəllimlərinin MİQ imtahanında yığdıqları ballara… Nəticə varmı, görəsən?
   Bu göstəricilərlə seçilsinlər, tanınsınlar. Yoxsa, qızcığazın hicabını açıb yerə tullamaqla yox. İnsanların hüquqlarını tapdalamasınlar.
   Niyə hicab bu ölkəni bu dərəcədə narahat edir?
   Bəlkə… Bizim bilmədiyimiz başqa səbəblər var?
   Bəlkə… Bu məmurlar dövlətlə vətəndaş arasında uçurum yaratmaq istəyir?
   Bəlkə…Rəhbəri olduğu tədris ocağında təhsilə yox, başqa səmtə yönəltmək üçün planlı şəkildə qurulan bir işdir. Bunlar niyə araşdırılmır?
   Məncə, burda səbəb var…
   Başqa bir səbəb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir