Cəmiyyət

Niyə Daha Çox Qadınlar İntihar edir?-Rahid Hüseyn Yazır:

Sharing is caring!

Mütəmadi olaraq, kütləvi informasiya vasitələrindən və ətrafımızdakı insanlardan müxtəlif intihar xəbərləri alırıq. Maraqlısı odur ki, daha çox qadınların intihar etmə xəbərləri ilə rastlaşırıq.

   Niyə məhz qadınlar daha çox intihar edirlər?

  Yəqin ki, bu sual hər birinizi narahat edir.

  Qadın nə qədər güclü görünməyə çalışşa da, bir o qədər də zəifdir, zərifdir. Qadınların bu zəifliyi bəzən onların intiharına gətirib çıxara bilir. İntiharın əsas səbəblərinə gəlincə, dözümsüzlüyü, zorakılığı və psixoloji vəziyyəti göstərmək olar.

   Bütün ölkələrdə zorakılıq anlayışı çarəsi olmayan bir dərddir. Qadınlar fiziki, cinsi və prixoloji zorakılığa məruz qalırlar.

   Təbii ki, mənim bu yazımla zorakılığın qarşısını almaq mümkün deyil. Amma, hər birimiz bacardığımız şəkildə bu mənfi halı cəmiyyətə, ətrafımızdakı insanlara anlatsaq, maarifləndirsək, bəlkə də, bu bəladan qurtula bilərik.

   Qadınlar haqqında tarix boyu məqalələr, əsərlər, qalaq-qalaq kitablar yazılıb. Amma, yenə də, bu dərdə bir çarə tapan olmayıb. Bu məsələyə son nöqtə qoyan olmayıb.

   Ümumi müşahidələrimə əsasən belə bir nəticəyə gəlmişəm.

   Xanımların əks cinsə nisbətən qayğıya ehtiyacı daha çoxdur.Onların mühafizə olunmasında cəmiyyətin hər bir kişi üzvünün böyük rolu olmalıdır.

   Cəmiyyətimizdə qadın və kişiyə münasibət fərqlidir. Sadə bir həyat müşahidələri zamanı bunu açıq-aydın görmək olar.

   Kişilər maddi çətinlik çəkdikləri zaman istənilən bir işdə işləyə bilərlər.Bu onların heç də asağı səviyyəyə düşməsinə səbəb olmaz. Çünki, o, bu şəkildə çörək pulunu qazanır. Ya da ki, yaşayış yeri olmayan bir kişi gecəni parkda skamyada, uçuq-sökük yerdə keçirməsi insanlar tərəfindən o qədər də pis qəbul olunmaz. Amma, qadının eyni  bir şəkildə yaşaması, işləməsi insanlar  tərəfindən normal qarşılanırmı?

    Xeyr, nə qədər mühafizə  və müdafiə olunsa da bu şəkildə yaşayan qadın haqqında müxtəlif söz-söhbət dolaşacaq. Belə halların yaşanmasının qarşısının alınması üçün qarşı cinsin məsuliyyəti böyük rol oynayır. Çünki qadın “bitki” deyil. Onun müəyyən bir vəziyyətə gəlib çıxmasına səbəb olaraq əksər hallarda qarşı cinsin məsuliyyətini göstərə bilərik.

  Qadınların ətrafında hər zaman yaş dövrünə uyğun olaraq onları müdafiə edə biləcək kişilər olur. İlk öncə ailədən olanlar, sonra məktəb, universitet, daha sonra isə iş yoldaşları və ən çox məsuliyyət daşıyan həyat yoldaşı yanında olan xanımı mənfiliklərdən qorumalıdır.

   Kişi qadını yolun əyriliyindən qorumalıdır. Əks halda vəziyyət heç də yaxşı olmur. Xoşagəlməz hadisələr baş verir.

   Belə bir deyim var ki, “Qadın kişinin qabırğasından yaranıb. Məlum olduğu kimi, qabırğa da quruluşuna görə əyridir. Bu baxımdan yanaşsaq, əgər qadının üzərinə çox gedilərsə o daha əyri istiqamətdə gedər, diqqətsiz qalarsa daha düzgün şəkil almasına yardım etməmiş olarıq.

  Bu məqamda məsələ bir az qəlizləşir. Lakin, qadın düzgün olmayan yolu seçərkən onunla yoldaşlıq edən bir kişinin olması qaçılmazdır.

   Cəmiyyətimizdə belə bir halların baş verməsi gələcəkdə övladlarımızı gözləyən böyük bir təhlükədən xəbər verir.

   Məsələ burasındadır ki, intihar edən bir qadının çox zaman geridə buraxdığı psixoloji travma almış övladları olur. Bu məqamda qız övladları daha çox əziyyət çəkirlər. Oğlan uşaqları isə yoldaşları arasında gözükölgəli olaraq qalırlar.

   Cəmiyyətimizdə kişi intihar edərkən səbəb kimi ya borcunun olmasını, ya maddi çətinliyinin olmasını, ya da psixoloji probleminin olmasını göstərirlər. Lakin, eyni vəziyyət qadınla baş verərsə, onun cənazəsinə pozğun ifadəsi “yapışdırılacaq.”  İnsanlar öz düşüncələrinə uyğun olaraq, səbəbini bilmədən müxtəlif mənfi rəylər deyə bilərlər. Hər  kəs bunun hansı səbəbdən baş verdiyini,qadının hansı problemlər yaşadığını, ailə vəziyyətini nəzərə almadan fikirlər yürüdür.

   Intihar etmiş insanların övladları belə bir vəziyyətdə hərtərəfli qayğı ilə əhatə olunmalıdırlar.Düşdükləri depressiv vəziyyətdən çıxana qədər cəmiyyətin hər bir üzvü bacardığı dəstəyi göstərməlidir.

   Qadına qarşı olan zorakılığın intihar həddinə çatmasında yalnız dövlət qurumlarını, QHT-ləri və məsul şəxsləri günahlandırmaq olmaz. Belə hadisələrdə cəmiyyətin hər bir üzvünün məsuliyyət payı var.  Bu vəziyyət yaranmasın deyə, bir olub müəyyən tədbirlər görmək lazımdır.

   Çalışaq ki, qadınlar düzgün olmayan yolu seçməsinlər!

   Qadınlar intihar etməsinlər!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir