Cəmiyyət

Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu

Sharing is caring!

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb.

XəbərAl.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

O cümlədən, bu gündən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət də bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir