Cəmiyyət

Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb – FOTO

Sharing is caring!

“Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib.

Üstəlik, şəhid Xudayar Yusifzadənin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarla təltif olunması da onları inandırmayıb.

Guya bu məlumat “Vikipediya”nın rus dilində olan seqmenti üçün əhəmiyyətsizdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir