Cəmiyyət

Fəzail Ağamalı Bərdə terrorundan yazdı

Sharing is caring!

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. İndiyə olan məlumata görə 21 nəfər vəfat edib 70 nəfər xəsarət alıb.

1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarını ən kobud şəkildə pozan Ermənistanın vandal və barbarlığına dünya birliyi, Beynəlxalq Təşkilatlar
ATƏT – in Minsk qrupunun həmsədrləri hələ də susur! Çoxmu susacaqsınız? Nə qədər itki verməliyik ki, siz haqqın – ədalətin yanında olasınız?! Yetər artıq! Heç bir qüvvə, heç bir raket, heç bir hədə – qorxu Azərbaycan Xalqının, Azərbaycan Ali Baş Komandanının və Müzəffər Ordumuzun iradəsini sındıra bilməyəcək!

Vəfat edənlərin ailə üzvlərinə, əzizlərinə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan rəhmət, yaralı soydaşlarımıza şəfalar diləyirəm!

Fəzail Ağamalı,

Millət Vəkili
Ana Vətən Partiyasının sədri.

28 Oktyabr 2020 – ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir