Cəmiyyət

Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı

Sharing is caring!

Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Unikal.org-un məlumatına görə, Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir