Cəmiyyət

Djb.az-ın rəhbəri “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” medalı ilə təltif olundu

Sharing is caring!

08.09.2020-ci il tarixində Djb.az xəbərlər və informasiya saytının rəhbəri Almaz İlahə Əhmədova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olundu. Bu təltif, ölkə rəhbərliyinin, eləcə də cənab general-polkovnik Tofiq Ağahüseynovun Almaz İlahəyə göstərdiyi etimadın bariz nümunəsidir.

Almaz İlahə hər zaman vətənpərvərliyi ilə seçilən ziyalı xanımlardandır. Gördüyü işlərlə hər zaman tək Respublikamızda deyil, onun hüdudlarından çox kənarda Azərbaycanı layiqincə təmsil etmişdir.
Vətənpərvərliyini işi ilə sübut etmiş hər zaman şəhid ailələrinin yanında olaraq, onların dərdinə şərik olmaqla yanaşı, şəhidlərin unudulmaması üçün yüzlərlə layihələrə imza atmışdır. Vətənpərvər şairənin sözlərinə bir çox vətənpərvər mahnılar bəstələnmiş, qəhrəman şəhidlərimizin şəninə saysız-hesabsız şerlər yazılmışdır.
Almaz xanım sosial media hesabında, başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir