Cəmiyyət

ŞƏRƏFLİ YOLUN YOLÇUSU, GENERAL POLKOVNİK TOFİQ AĞAHÜSEYNOV

Sharing is caring!

Dünya bir pəncərədir hər gələn baxar keçər.
Bu dünya pəncərəsindən hər kəs baxıb keçir, amma bu illəri kim necə yaşayır bax bu hər zaman sual doğurur. Görəsən hər kəs yaşadığı ömür yoluna baxarkən özünə hesabat verə bilirmi? Yaşadığı sürəcə nələr etdi, həyatdan köç edərkən necə xatırlanacaq sualını özünə verə bilənlər varmı?
Görəsən işinin profesionalı, vətənsevər, dövlətə sədaqətli, imanlı və s. müsbət xüsusiyyətləri özündə cəm edən insanlar tanıyırıqmı?
Bu gün oxucularıma söz açacağım insan məhz saydığım bir çox müsbət xüsusiyyətləri özündə cəm edən, Azərbaycanın canlı əfsanələrindən biridir.
Uzun illər şərəfli bir yolun yolçusu olan hər zaman sədaqətlə dövlətçiliyə xidmət edən, əməlləri və addımları ilə gənc nəslə örnək olan ali bir insandan söz açacağam.
Bu şərəfli yolun yolçusu kimdir?
Canlı bir əfsanə, Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan, 7 il şəxsi müşaviri vəzifəsini daşıyan, şanlı əfsanənin şahidi olan Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovdur. Onunla görüşümüz zamanı müsahibəmiz çox səmimi keçdi.
Mövzumuz gənclər üzərində yeraldı, təməli Ümummilli Liderin onlara olan qayğısıyla başlamışdır.
Bu günkü gəncliyi keçmiş sovetlər dönəmində olan gənclərlə müqaisəyə başladır.
General polkovnik T. Ağahüseynov yüksək itelektə malik olan gəncliyimizdən söz açaraq dedi:
Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclər təşkil edir.
O gənclərin xalqına, dövlətçiliyə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olan olduğuna əminəm.
Onlar Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə uğurlar qazanırlar.
Azərbaycanda müasir gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsili, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi.
Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb.
Ulu Öndər Heydər Əliyev gəncliyə göstərdiyi qayğının təzahürü olaraq, 1997-ci 2-fevral respublikamızda Azərbaycan Gənclər Günü elan olunub.
Məhz H. Əliyev gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb.
Artıq uzun illərdi ki,
daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev və I Vitseprezident Mehriban xanım Əliyeva gənclərin fəaliyyətinə yüksək diqqət və qayğıyla yanaşması sayəsində fədakarlıq göstərən gənclər müxtəlif mükafatlarla təltif olunurlar. Prezidentin gənclərə göstərdiyi diqqət gənc nəslin bütün mümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirərək yeni stimul verir.
Respublika Veteranlar Təşkilatının, müharibə Vetetanlarının gənc nəsil arasında hərbi vətənpərvərlik tərbiyyəsinin güclənməsində əvəzsiz rolu var.
İlk onu qeyd edim ki, Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə öz canlarını qurban verərək töhfələr verib.
İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük rolu olan Azərbaycan xalqı özünün 700 min cəsarətli oğul və qızlarını cəbhəyə yola salıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Böyük Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək qələbə əldə ermək üçün şanlı yol keçib, yüzlərlə həmyerlilərimiz isə portizan dəstələrinin tərkibində vuruşub.
Azərbaycan xalqı hər zaman yenilməzliyini göstərdiyi kimi Alman faşizmi üzərində yüz minlərlə azərbaycanlı canlarından keçdi, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədəkarlıq göstərdikləri də bir tarix olaraq tarixin vərəqlərinə yazıldı.
Respublika Veteranlar Təşkilatı mütəmadi olaraq Azərbaycan Təhsil Nazirliyilə birgə tədbirlər keçirir. Məqsəd gənclər arasında vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin, qazilərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətinin örnək olaraq təbliğ olunmasıdır.

PS. Genaral-polkovnik Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın, Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğundan söz açdı.
General-polivnik gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycanın həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən danışdı. Gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrindən söhbət açan Genaral-polkovnik gənclərini vətən sevgisindən, onun müdafiəsindən, işğalçılardan azad etməyə hər zaman hazır olduqlarını da bildirdi.
Qarabağ torpaqlarını işğaldan azad etmək üçün canlarını qurban verərək qazi adını qazanan, ali şəhidlik zirvəsinə ucalan minlərlə gənclərin hər biri Azərbaycan gənclərinin bariz nümunəsi olmasıdır. Budur Azərbaycan gəncliyi 74 il bundan öncə Alman faşiminin üzərindəki qələbə kimi, mövzu vətəni qorumaqsa, ölümün gözünə dik baxmağı bacaracaqdır.




 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir