Cəmiyyət

Nərimanov sakinləri “Nehrəm” MTK-dan şikayətçidir: “Ümidimiz ölkə başçısınadır.” FOTO-VİDEO

Sharing is caring!

Xeberal.Az xəbər verir ki, Nərimanov rayonu Həsən Əliyev küçəsi 33, məhəllə 945-də yaşayan sakinlər “Nehrəm” MTK-dan şikayət edir. Onların fikrincə, tikinti şirkəti tikinti normalarını pozur.

Aidiyyatı qurumlara dəfələrlə şikayət olunsa da sakinlərin səsinə səs verən olmayıb. Belə ki, tikilən bina ilə digər binalar arasında ara məsafə saxlanılmır, yeni inşa olunan binanın balkonları qonşu binanın yataq otağına baxır. Sakinlər qeyd edir ki, hara müraciət etsələr də şikayətə baxan yoxdu.

Artıq sakinlər şikayətlərinin nəzərə alınıb, bu xoşagəlməz halın aradan qaldırılması və aidiyyatı qurumlara tapşırıq verilməsi üçün birbaşa ölkə başçısına müraciət etdiklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir