Cəmiyyət

Şimşək, külək, leysan… – FAKTİKİ HAVA

Sharing is caring!

Avqustun 15-i  səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış  yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 mm (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 mm (aylıq normanın 32 faizi), Zaqatalada 36 mm (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 mm (aylıq normanın 36 faizi), Qrızda 22 mm (aylıq normanın 41 faizi), Oğuzda 17 mm (aylıq normanın 30 faizi), Qubada 14 mm (aylıq normanın 42 faizi), İsmayıllıda 10 mm, Xaltanda doqquz mm, Qusarda səkkiz mm, Qəbələdə yeddi mm, Şamaxıda altı mm, Gədəbəydə beş mm, Göyçayda və Altıağacda dörd mm, Mərəzədə üç mm, Astara, Daşkəsən, Şahbuz, Ordubadda iki mm, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda bir mm olub.

Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Çilov adasında 21 m/s, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Binə, Qum adasında 18 m/s, Bakı, Maştağada 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29 dərəcəyədək, aran rayonlarında 28-32, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 30-33 dərəcə isti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir