Cəmiyyət

GƏNCƏ ŞƏHƏR NİZAMİ RAYON İCRA BAŞÇISI VƏTƏNDAŞA ON ÜÇ MİN MANAT PUL ATIB? ŞİKAYƏT VƏ İDDİA

Sharing is caring!

Xeberal.Az saytı Reportyor.tv-yə istinadən xəbər verir ki, Gədəbəy rayon Samanlıq kənd sakini Hüseyinova Esmira Əmirəhməd qızı bildirir ki, 2016 cı ildə həyat yoldaşı Hüseyin Hidayət Xudayət oğlu ilə birgə Gəncə şəhər Nizami rayonunun icra başçısı Nizami Hacıyevə Gəncə şəhər Məhsəti qəsəbəsinə biznes qurmaları üçün torpaq sahəsi ayrılması üçün müraciət edirlər. Yazılı formada müraciət edən şəxslər icra başçısı Nizami Hacıyev tərəfindən yöndəldilir rayonun baş memarı Mustafayev Məharətin üzərinə. Rayonun baş memarı Məharət müəllim vətəndaşları get-gələ saldıqdan sonra bildirir ki, icra başçısı Nizami Hacıyev deyir ki, 13000 manat pul istəyir. Bu minvalla ikili (Rusiya və Azərbaycan) vətəndaş Hüseyinov Hidayət baş memara icra başçısının istədiyi 13000 manatı verərək Gəncə şəhəri Məhsəti qəsəbəsində yol kənarında 150 kv metr torpaq sahəsinin ayrılması rəyini alırlar. Baş memar onlara ayrılacaq torpaq sahəsinində görəcəkləri, yəni tikəcəkləri obyektin eskiz layihəsini çəkdirilərək icra hakimiyyətinə dəqdim olunmasını tələb edir. Və beləliklə çəkilən eskiz layihəni baş memar icra başçısının razılığı ilə imza və möhürünü vuraraq təsdiq edir. Hüseyinovlar ailəsində baş verən xəstəliklər nəticəsində tikiləcək obyektin, yəni avtoyumanın və təmir sexinin tikintisi bir müddət saxlayırlar. Ancaq ayrılan torpaq sahəsinin üzərində Hüseyinov Hidayət 2-3 min dən çox xərc cəkərək ərazinin düzəldilməsinə xərc çəkir. Ancaq illərlə ərazidə heçbir tikinti işlərinin aparılmamasını görən  və bundan istifadə edən icra başçısı Nizami Hacıyev bir dəfə satdığı torpağı yenidən hansısa başqa bir qruma verilməsi üçün sənədləşməyə yenidən imza atır. Adıçəkilən məsələ ilə Gəncə şəhərinin mətbuat xitmətinin əvəzedicisi ilə əlaqə saxladıq. Gəncə şəhər İcra Hakimiyyətinin sözcüsü tərəfindən bildirildi ki, vətəndaş gedib şikayətini prokurorluğa bildirsin. Elə bu baxımdan da əli hər yerdən üzülən vətəndaş hüseyinovlar ailəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə səslənərək onlara bu məsələdə kömək olmasını acizanə xahiş edirlər. Və hətta onuda bildirirlər ki, torpağımızı satıblar əcəb edirlər, heç olmasa o ərazi üçün çəkdikləri 15 minə yaxın pullarını qaytarıb özlərinə verilməsini təmin etsinlər. Üç qız anası olan Hüseyinova  Esmira Əmirəhməd qızı Ölkəmizin Birinci Vitse Prezidenti çox hörmətli Mehriban Xanıma yalvararaq ona dəstək olmasını xahiş edir. Şikayətçinin əlaqə nömrəsi 055 753 39 09
Mövzuya qayıdacağıq.
Qarşı tərəf dinləməyə hazırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir