Cəmiyyət

Avtomobillər parkinqdən birbaşa hərəkətin əksinə çıxır, təhlükə yaradırlar – AÇIQLAMA

Sharing is caring!


Bakının nəqliyyatın sıx olduğu, mərkəzə yaxın hissədə yerləşən küçəsində parkinqdən çıxan avtomobillər yolun əks istiqamətində hərəkət edirlər.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar sakinlər sosial şəbəkələrdə paylaşım ediblər. Kövkəb Səfərəliyeva küçəsində çəkildiyi iddia edilən fotolardan aydın olur ki, həqiqətən də avtomobillər parkinqdən birbaşa yolun əks istiqamətinə çıxaraq, hərəkətə mane olurlar.

Şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu cür hərəkət nəqliyyatın sıx olduğu yolda təhlükəyə səbəb olur. Bununla bərabər, iddialarda ətrafda kifayət qədər yol polisinin olmasına baxmayaraq, vəziyyətə nəzarət edilmədiyi də bildirilir.

Sözügedən ərazidəki durumla bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, sakinlərin iddialarının əksinə, Kövkəb Səfərəliyeva küçəsindəki mövcud qayda pozuntusuna ciddi nəzarət edilir:

“Fevral ayının 1-dən etibarən tətbiq edilən dəyişikliklərə əsasən, qaydaları bu cür pozanların avtomatik qaydada aşkarlanması hüquq çərçivəsindədir. Ona görə, belə qayda pozan sürücülərin görüntüləri birbaşa kamera vasitəsilə götürülür, onların cərimələri ünvanlarına göndərilir. Ərazidə xidmətdə olan yol polisi əməkdaşları da nəzarəti həyata keçirirlər. Amma artıq proses tamamilə avtomatik şəkildə həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir