Cəmiyyət

Abşeronda gənc qızı şəkilləri ilə şantaj etdilər

Sharing is caring!


Abşeronda qadın şantaj olunub. 

Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 29 yaşlı T.M. polisə ərizə ilə müraciət edərək İlham adlı oğlan tərəfindən şantaj edildiyini bildirib.

Şikayətçi qeyd edib ki, İlham onun qeyri-münasib şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan pul tələb edib. 

Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir