Cəmiyyət

Kürdə batan yeniyetmənin meyiti tapıldı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

“Report”un məlumatına görə, Kür çayında batan şəxs 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.

Onun Kür çayında çimən zaman boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Kür çayında bir nəfərin batması barədə məlumat yaymışdı.

15:39

Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.

Baku TV-nin məlumatına görə, 11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.

Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:

“Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar”.

Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

09:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir