Cəmiyyət

Cəlilabaddakı qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI – YENİLƏNİB

Sharing is caring!


Cəlilabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. 

“Report”un məlumatına görə, hadisə nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Paşa Əyyub oğlu ölüb, onun həmkəndlisi 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu isə ağır xəsarətlər alıb.

Daha bir şəxs rayonun Sərxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirov Fərhad Ümidəli oğlu da xəsarət alıb.

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəza zamanı VAZ-2107 markalı minik avtomobili ilə “QAZ” markalı yük avtomobili toqquşub. 

Faktla bağlı araşdırma aparılır.

18:08

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, nəticədə bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Yaralı rayon xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir