Cəmiyyət

Həqiqəti unutmaq olmaz

Sharing is caring!

     Gözəl adət-ənənələrimizi bütün dünyada tanıtmaq, qəbul etdirmək dövlətimizin daima diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması sahəsində ardıcıl olaraq dövlət siyasətini formalaşdıraraq qədim bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı.

        Ümummilli lider Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri, bayram şənliklərində iştirakı Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı.Bu ənənələri davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də mədəni irsimizə və milli-mənəvi dəyərlərimizə diqqətlə, böyük ehtiramla yanaşır.

        Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir”.

       Biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq.

Ofeliya Qəhrəmanova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir