Cəmiyyət

Ülvi arzular, gerçək əməllər

Sharing is caring!

       Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini diqqətlə dinlədik.Əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli – mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır.

        Xalqımızın Ümummilli Lideri Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bəli Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu arzusu da 2020-ci ildə gerçəkləşdi.

        Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə xalqımızın şanlı ordusu bizə sevincimizi sevinc kimi yaşamağı nəsib etdi. Prezident haqlı olaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz düşməni məğlub edərək Qarabağı düşməndən azad etdi. 30 ilə yaxın bir müddətdə Novruz bayramını ürəyimizcə qeyd edə bilmirdik. Artıq üçüncü ildir ki, Novruzu öz ata-baba torpaqlarımızda Ağdamda, Kəlbəcərdə, Şuşada, Cıdır düzündə qeyd edirik.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. İşğal dövründə isə bizim bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər və kitablar dərc edilirdi.

        Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var.

  Xaliq Muxtarov,

Cəlilabad RMX PHŞ-in Hemodializ şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir