Cəmiyyət

Qələbəmizin şüarı.“Qarabağ Azərbaycandır!”

Sharing is caring!

        Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyilir ki, üçüncü dəfədir Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib.

       Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramlarından biridir. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş özünə xas bayramları vardır. Xalqımızın milli – mənəvi dəyərləri fonunda Novruz bayramının özünəməxsus yeri vardır. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Novruz bayramının qədim tarixi vardır.      

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir.

Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi.  Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər.

Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.Qələbəmizin şüarı.“Qarabağ Azərbaycandır!”

Bəli, cənab Prezident, Ali Baş Komandan bizə bu sözləri birinci dəfə deyil ki, çatdırır. Və biz hər zaman dövlətimizin başçısı ilə fəxr edirik.

Bəşir Nuriyev,

Cəlilabad rayon Gülməmmədli kənd

 ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir