Cəmiyyət

Məktəblilər üçün əlavə oxu materiallarında 18+ məqamlar: Çap zamanı məzmun yoxlanılırmı?

Sharing is caring!


Son günlər sosial şəbəkələrdə məktəblilər üçün nəzərdə tutulan kitablarda qeyri-etik məzmunlarla bağlı paylaşımlar edilir. 

Belə ki, dərs vəsaiti olmasa da, bu kitabları məktəblilərə müəllimlərin tövsiyə etdiyi iddia olunur. 

Əlavə dərs vəsaitlərinin məzmununda 18+ məqamların olması, qeyri-etik ifadələrin yer alması valideynləri qəzəbləndirib. Bu məsələdə günahkar tərəf kimdir? Bu tip kitabların çapına nəzarət edən qurum çapdan qabaq məzmunla maraqlanmır? Hər kəs istədiyini yazıb, çap edib, məktəblilər üçün əlavə dərs vəsaiti kimi satışa buraxa bilərmi? 

İddialar arasında müəllimlərin tövsiyə etdiyi iddia olunduğu üçün mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyinə (ETN) sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son illərdə təhsilalanların mütaliə marağını təmin etmək məqsədilə bədii və elmi-populyar kitablar ETN tərəfindən satın alınaraq, məktəb kitabxanalarına paylanılır.

Sözügedən kitab özəl nəşriyyat tərəfindən hazırlanıb, kitabdakı fikirlərə dair iradları nəşriyyata ünvanlamaq lazımdır:

“Müəllim əlavə oxu materialı tövsiyə edərsə, əvvəlcədən onun tam məzmunu ilə tanış olmalı və uşaqların təfəkkür, psixoloji  və yaş səviyyəsinə uyğunluğunu nəzərə almalıdır. Həmçinin bildiririk ki, bu və ya digər  müəllimin səhv qərarları məktəb səviyyəsində müzakirə edilməlidir. Onu da qeyd edirik ki, bu kitab heç bir məktəb kitabxanasında mövcud deyil”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir