Cəmiyyət

Hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün faydalıdır

Sharing is caring!

       Prezident İlham Əliyevin martın 13-də Berlində  almaniyalı iş adamları və biznesmenlərilə görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi, bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Dövlətimizin başçısı görüşdə göstərib ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur.

 Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması ən böyük çağırışlardan biridir. Hesablamalara əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. NBiz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çoxdur. Bu səbəbdən bir neçə Azərbaycan şirkəti də əlavə olaraq mina təmizləmə işləri ilə məşğul olmağa başlamışdır.

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası elan edilmişdir, orada bərpaolunan enerji mənbələrindən istifadə olunacaq. Bu mənbələr ölkənin qalan hissəsinə də xidmət edəcək. Naxçıvanı da yaşıl enerji zonasına çevirmək nəzərdə tutulur, çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur.

Bütün bunlar maraqlı faktlardır, bunları nəzərə alaraq Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün olduqca faydalıdır.

Mübariz Nadirov,Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir