Cəmiyyət

Koronavirusun fəasadları- Günay Ağamalı

Sharing is caring!

Bütün dünyanı cənginə alan COVİD – 19 ciddi fəsadlar törətməkdədir.
Hər şeydən öncə, bu pandemiya insanları ölümlə üz – üzə qoydu və bir nəfərin virus daşıyıcısı olması onlarla insanın həyatı üçün ciddi təhlükə yaratdı.
Formalaşan beynəlxalq, hüquqi, iqtisadi, siyası, sosial münasibətlərin üstündən xətt çəkdi. On illiklər boyu dövlətlərin bu baxımdan fəaliyyətini tənzimləyən sistemin bundan sonra necə olacağı haqqında suallar doğurdu. Başqa sözlə desək, dövlətlər arası sərhədlərin bağlanması və onların qapalı şəraitdə mövcudluğu indiki halda ciddi fəsadlar doğurmaqdadır.

Bütün bunlarla bərabər, COVİD – 19 həm də, ölkəsindən, mental xüsusiyyətlərindən, dilindən və dinindən asılı olmayaraq, bütün insanlarda az və ya çox dərəcədə psixoloji gərginlik yaratdı.
Bəlli olduğu kimi, insan xüsusiyyətləri müxtəlif və fərdidir. Bu baxımdan onların psixoloji gərginliyinin aradan qaldırılmasında Azərbaycan modeli olduqca uğurludur.

Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin davamlı çağırışları, I Vitse Prezident Xanım Mehriban Əliyevanın səfərbəredici müraciətləri, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın qərarları, tövsiyyə və tələbləri, tibb işçiləri və polislərin fədakarlığı, aparılan maariflənmə işinin sistemli xarakter daşıması vətəndaşlarımızı ağır psixoloji yükdən sığortalaya bildi və bu, mahiyyətcə ölkəmizin daha sərt karantin rejiminə hazırlanmasının xüsusi mərhələsi kimi, təşviş və narahatçılıq mühitinin əhəmiyyətli dərəcədə yumşalmasını təmin etdi.
Etiraf olunmalıdır ki, sosial şəbəkələrdə ajiotaj xarakterli və əsası olmayan, mahiyyətcə vətəndaşlarımızı gərginlikdə saxlamağa xidmət edən məlumatlar da yayılır.

Məncə, bu cür hallara qarşı müvafiq qurumlar Azərbaycan qanunlarına söykənərək daha sərt tədbirlər həyata keçirtməlidir. Çünki bu, panik atak, depressiya, fobiya kimi əsəb pozuntularından əziyyət çəkən həmvətənlərimizə birbaşa süuraltı basqıdır. Yaxşı olardı ki, insanlarımızı psixoliji yükdən azad etmək məqsədi ilə tele kanallarda həkimlərimizin dəyərli məsləhətləri ilə bərabər, Azərbaycanın tanınmış psixoloqları da bu prosesə cəlb olunsunlar.
Dəyərli həmvətənlər! Sizdən xahiş edirəm ki, əsası olmayan, təxribat xarakterli bu cür məlumatlardan uzaq olasınız. Ancaq və ancaq, bir mənalı olaraq, bütün bəhanələri istisna etməklə, Operativ Qərərgahın qərar, tapşırıq və tövsiyyələrinə əməl edəsiniz. Bu bəladan xilas olmağın yeganə yolu özünü təcrid və gigiyena qaydalarına əməl etməkdir. Evdə qalaq ki, özümüzü, ata – anamızı, övladlarımızı, yaxınlarımızı və bütövlükdə xalqımızı, dövlətimizi bu bəşəri bəladan qoruya bilək.
Uca TANRIMIZ Dövlətimizi və Xalqımızı hifz eləsin. AMİN!

“BUTA” körpələr evi – uşaq bağçasının direktoru, psixoloq Günay Ağamalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir