Cəmiyyət

DYP paytaxtın mərkəzi prospektində təmirlə bağlı sürücülərə müraciət etdi

Sharing is caring!


Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Bu gün axşam saatlarından paytaxtın Azneft dairəsindən Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, – o, deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir