Cəmiyyət

Dənizkənarı Milli Park yaxınlığında meyitin aşkarlanması ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Sharing is caring!


Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə 2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin aşkarlanması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.

Mərhumun intihar etməsi ehtimal olunur.

18:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir