Cəmiyyət

Ulu Öndərin Novruz bayramının Qarabağ torpağında qeyd olunması arzusu artıq həqiqətə çevrilib

Sharing is caring!

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Lakin Novruz bayramı Azərbaycan xalq üçün daha müqəddəs dəyərlərə sahibdir.

1998-ci ildə Ulu öndər, dəyərli şəxsiyyət Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Artıq Ulu öndər Heydər Əliyevin bu vəsiyyəti, Azərbaycan xalqının “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu reallığa çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda da böyük quruculuq işəri gedir, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir.

Milli ruhumuzun tərcümanı olan Novruz bayramını Ulu öndər Heydər Əliyev milli ideologiyamızın ana sütunu kimi dəyərləndirib və əbədiləşdirib: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub”. Xalqımızın keçib gəldiyi tarixi yolu, minilliklərlə formalaşmış bir çox ənənələrimizi ruhunda yaşadan bu bayram respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Bu gün fəxr edirik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır. Ölkə Prezidenti cənab İlham Əliyev Cıdır düzündə Novruz tonqalını alovlandırdı və xalqımızı Novruz Bayramı münasibətilə təbrik etdi, qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən – Şuşadan çatdırdı. Qürurverici haldır ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır, əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.

Qoy həmişə Azərbaycan səmasında günəş saçsın! Daim yolumuzu işıqlandırsın. Çünki Azərbaycanın yolu haqq yoludur, inkişaf yoludur.

Ramil Hüseynov,

Salyan rayon gənci, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir