Cəmiyyət

Yardımlıda avtomobil aşıb, ölən və xəsarət alan var

Sharing is caring!


Yardımlı rayonunda avtomobil aşıb, ölən və xəsarət alan var.

“Report”un xəbərinə görə, hadisə Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Əliyev Cavid Vaqif oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobil idarəetməni itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin İmanov Nahid Kamil oğlu hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir