Cəmiyyət

Bakıda koronavirus təhlükəsinə görə yollar yuyulub, binalar dezinfeksiya edilib – VİDEO

Sharing is caring!

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

APA TV xəbər verir ki, məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaqdır. Bu səbəblə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz işlər görülür.

Elə buna görə də paytaxt ərazisində qurum tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.

Bu gün həmin proses paytaxtın Səbail rayonu Neftçilər prospekti adlanan ərazisində başladı və texnikalar vasitəsilə yollar yuyuldu.

Görülən iş daha sonra Nəsimi rayonu Azərbaycan prospekti ərazisində davam etdirildi. Paytaxt yolları yuyulduqdan sonra Füzuli 53 küçəsində yaşayış binalarının həyətləri, giriş blokları, lift kabinləri, pilləkən marşları dezinfeksiya edildi.

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir